waplog

“WhatsApp” messencerinə “GIF” şəkillərin axtarış imkanı əlavə edilib


“WhatsApp” messencerinin beta versiyasının son yeniləməsində “GIF” şəkillər üzrə axtarış funksiyası əlavə edilib. İndi mobil tətbiqdən çıxmadan “GIF” formatlı şəkillər əlavə etmək mümkündür. Bir ay əvvəl “WhatsApp” messenceri “GIF” şəkilləri dəstəkləməyə başlayıb, amma o vaxt yalnız konkret qurğuda saxlanılmış şəkilləri əlavə etmək mümkün idi. İndi isə “Giphy” kitabxanasından istifadə əlçatandır. Həmçinin əlavə edilən şəkillərin limiti (10-dan 30-dək) artırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, mətn sahəsindən solda yerləşən “Emodzi” düyməsi vasitəsilə “GIF” şəkillərin axtarışına başlamaq mümkündür. Açılan pəncərədə emodzi və “GIF” fayllar arasında keçid etmək imkanı mövcuddur. Sonuncu vərəq ən populyar “GIF” şəkilləri göstərir. Həmçinin açar sözlər üzrə “Gyphy” bazasında axtarış seçimi əlçatandır.

“GIF” şəkillər üzrə axtarış imkanı messencerin beta versiyasında (1.27.7) istifadəyə verilib, ancaq yaxın vaxtlarda bu funksiya messencerin sabit versiyasına əlavə ediləcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL