waplog

“Apple” şirkəti dördüncü rübü rekord göstərici ilə başa vuracaq


“Apple” şirkəti üçün 2011-ci maliyyə ilinin dördüncü rübü sona yaxınlaşır. Kaliforniya nəhəngi oktyabr ayının 18-də öz rüblük nəticələrini elan etmək niyyətindədir. Analitiklər proqnozlaşdırırlar, rekord nəticələr ola bilər.

“Needham & Co” şirkətinin analitiki Çarli Volfun hesablamasına əsasən, “Mac” kompyuterlərinin satışları 4,63 milyona, planşetlər isə 12 milyona çatacaq. "Makintoş" üzrə əvvəlki rekord nəticə 4,1 milyon, “iPad” üzrə isə 9,25 milyon təşkil edir.

“Needham & Co” şirkətində “Apple” şirkətinin rüblük gəlirinin bir aksiya üçün 7,37 dollar səviyyədə olacağını gözləyirlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL