waplog

Dövlət Sosial Müdafiə Fondu növbəti elektron xidmətin tətbiqinə başlayır


Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq görülən tədbirlər çərçivəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti elektron xidmətin tətbiqinə başlayır.

Hazırda bir sıra nazirliklərin və beynəlxalq qurumların təmsilçilərinin iştirakı ilə xüsusi təqdimat mərasimi keçirilir.

Tədbirdə bildirilib ki, yeni elektron xidmət sığortaedənlərdən hesabatların elektron formada qəbulunu nəzərdə tutur. Bu xidmət DSMF tərəfindən həyata keçirilən mühüm layihələrdəndir.

Belə ki, elektron xidmət sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan verəcək, insan amilinin rolunu son dərəcə azaldacaq, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasına gətirib çıxaracaqdır.

Növbəti elektron xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin (www.sspf.gov.az; www.e-sspf.gov.az) saytında yerləşdirilib. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb.

Bura sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtibi üzrə proqram təminatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdim etmə daxildir.

DSMF informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələr tətbiq etməkdədir.

Bura məcburi dövlət sosial sığortası sahəsində şərti yığımı təmin edəcək sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması kimi layihələr daxildir.

Bu layihələrin uğurla həyata keçirilməsinin nəticəsində DSMF ötən il Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində “İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə” nominasiyasında müsabiqənin qalibi elan olunaraq, Fəxri Fərmanla təltif edilmişdir.

Hazırda DSMF tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilməkdədir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL