waplog

“Google” axtarış sisteminin mobil proqramı yerinə yetirilməmiş sorğuları avtomatik icra edəcək


Mobil texnologiyaların yüksək inkişaf səviyyəsinə baxmayaraq, smartfon istifadəçilərinin əksəriyyəti mütəmadi olaraq mobil şəbəkə siqnalının tutmadığı yerlərdə olurlar. Bu zaman istifadəçilər zəng etmək və ya internetdə lazımi informasiyanı axtarmaq imkanından məhrumdurlar. Məsələn, son vaxtlara kimi “Google” axtarış sisteminin mobil proqramı belə vəziyyətdə, sadəcə, qoşulma səhvi haqda məlumat verirdi, istifadəçi isə sorğunu yadda saxlayaraq siqnal peyda olan kimi yenidən axtarış verməli idi.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Google”un axtarış sisteminin mobil proqramının “Android” platforması üçün növbəti versiyasında bu çatışmazlıq aradan qaldırılıb. İndi axtarış proqramı internetə qoşulma əlçatmaz olduqda istifadəçi sorğularını yadda saxlayır və siqnal yaranan kimi, həmin sorğuları avtomatik yerinə yetirir.

Bir və ya bir neçə axtarış sorğusunun uğurlu icrası haqda bildiriş smartfonda ekranın yuxarı hissəsində üzə çıxan pəncərə şəklində görsənəcək. Şirkətdən bildirilib ki, axtarış sisteminin mobil versiyasının yeni funksiyası batareyanın sərfiyyatına təsir etmir və axtarışın nəticələrinin yüklənməsi minimum trafik sərf edir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL