waplog

“Instagram” onlayn yayım funksiyasını istifadəyə verir


Ötən ilin noyabrında şəkil və video mübadiləsi üçün məşhur “Instagram” xidmətinin tərtibatçıları “Instagram Stories”in bir hissəsi olan “Live Stories” onlayn yayım funksiyasını təqdim ediblər. “Live Stories” funksionallıq baxımından “Twitter”in “Periscope” funksiyasının analoqudur. Bir neçə ay ərzində onlayn yayım amerikalı istifadəçilərə əlçatan olub, amma indi növbəti həftənin sonuna kimi “Live Stories” bütün dünyada əlçatan olacaq. Qeyd edək ki, sözügedən funksiyanın işləməsi üçün 10.0 və yuxarı versiya tələb olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, onlayn yayım funksiyasını işə salmaqdan ötrü əsas ekrandan sağ tərəfə svayp (barmağı sensor ekrandan çəkmədən sürüşdürmə) edərək “Tarixçə”ni açmaq, sonra yayımı başlatmaq üçün sağ tərəfə daha bir svayp etmək lazımdır. Hansısa istifadəçi onlayn yayımı işə saldığı halda başqa istifadəçilər onun profilinin ikonkasında "live" yazısını görürlər. Tamaşaçılar real vaxt rejimində şərhlər yaza və layk edə bilərlər. Yayım başa çatdıqdan sonra yazı avtomatik silinəcək.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL