waplog

Danimarka transmilli şirkətləri yeni növ dövlət hesab edir


Danimarka Xarici İşlər Nazirliyi transmilli korporasiyaları yeni növ dövlət hesab edir. Bu məqsədlə ölkə hökuməti iri informasiya texnologiyaları şirkətləri ilə əməkdaşlığı həyata keçirəcək “rəqəmli səfir” vəzifəsini tətbiq etmək niyyətindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, Skandinaviya ölkəsinin “rəqəmli səfir”i ABŞ-ın “Apple”, “Google” və “Microsoft” şirkətləri ilə münasibətlərin inkişafına məsul olacaq.

Danimarka xarici işlər naziri Anders Samuelsenin sözlərinə görə, belə səfirin təyin edilməsinə zərurət çoxdan yaranıb. “Bu şirkətlər yeni ölkə növlərinə çevrilib və biz müqavimət göstərməliyik”, - nazir qeyd edib.

Nazir bildirib ki, internet şirkətləri yeni millətlərə çevrilir, onların bazar dəyərləri isə ayrı-ayrı dövlətlərin böyük iqtisadiyyatlarının miqyasına yaxınlaşır. Transmilli nəhənglərin var-dövlətləri Danimarkanın diplomatik münasibətlər qurduğu əksər ölkələrin sərvətlərindən çoxdur.

XİN rəhbərinin fikrincə, “Apple” və “Google” şirkətlərinin bizneslərinin Danimarkaya maliyyə təsiri krallığın “klassik diplomatik əlaqələr” qurduğu ölkələrdən daha güclü ola bilər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL