waplog

Bu ilin sonunadək nəqliyyat vasitələrində vahid elektron ödəmə kartları tətbiq olunacaq


Bu ilin sonunadək Bakının sərnişindaşımada xidmət göstərən nəqliyyat vasitələrində elektron ödəmə kartlarının tətbiqinə başlanacaq. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, “Nəqliyyatın intellektual idarə edilməsi sistemi” layihəsi işə düşəndən sonra Bakıda sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində vahid elektron ödəmə kartları tətbiq olunacaq. Yalnız bundan sonra avtobusların universal “cip” kart vasitəsilə ödənilməsinə keçilməsi mümkündür.

Kart vasitəsilə ödəniləcək məbləğ sərnişinin getdiyi məsafəyə görə tutulacaq: “Yeni sistem tətbiq olunduqdan sonra avtobusda xüsusi elektron naviqasiya sistemi vasitəsilə qət edilən məsafə müəyyənləşdiriləcək. Sərnişin avtobusdan düşərkən getdiyi məsafənin gediş haqqı onun kartından tutulacaq”.

Xatırladaq ki, bu sistemin tətbiqi ilə bağlı artıq Koreya şirkəti ilə Nəqliyyat Nazirliyi arasında razılaşma əldə olunub.

Həmin şirkət bu il sistemi tam şəkildə tətbiq edəcəyi barədə öhdəlik götürüb. Sonrakı illərdə isə yeni ödəmə sisteminin bölgələrdə də tətbiq edilməsi nəzərdə tutulub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL