waplog

Orbitin “kosmik zibil”dən təmizlənilməsi üzrə eksperimentə başlanılıb


Ötən ilin dekabrında Yaponiya orbitə “kosmik zibil”i təmizləmək üçün aparat buraxıb və bir neçə gün əvvəl bütün hazırlıqlar başa çatıb. “Kounotori-6” kosmik gəmisi tarixdə ilk dəfə Yerətrafı orbiti “zibil”dən təmizləməyə başlamaq məqsədilə Beynəlxalq Kosmik Stansiyadan ayrılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, başqa adı “HTV-6” olan “Kounotori-6” gəmisi Beynəlxalq Kosmik Stansiyaya yüklərin çatdırılması üçün say etibarilə altıncı ekspedisiyadır (adda 6 rəqəmi məhz bunu bildirir). 2016-cı ilin dekabrında stansiyaya beş ton yüklə çatan “HTV-6” 7 həftədən çox stansiya ilə birləşdirilərək yükün boşaldılması həyata keçirilib və orbitin təmizlənməsi üzrə missiyaya hazırlıqlar aparılıb. Yanvarın 27-də kosmik aparatın Beynəlxalq Kosmik Stansiyadan ayrılma işini “NASA” mütəxəssisi Şeyn Kimbrou və Avropa Kosmik Agentliyinin bort mühəndisi Tomas Pesket görüb. Astronavtlar gəminin ayrılması zamanı “Canadarm2” manipulyatorundan istifadə ediblər, proses isə böyük illüminator ilə təchiz edilən “Cupola” modulu vasitəsilə idarə olunub.

“HTV-6” kosmik gəmisi kosmosda bir həftə keçirərək “Kounotori Integrated Tether Experiment” (KITE) eksperimentinin aparılması ilə məşğul olacaq. Eksperiment zamanı yeni “kosmik zibil” təmizləmə və Yer orbitinin təmizlənməsi texnologiyasının sınaqları keçiriləcək. Sınaqlar çərçivəsində “HTV-6” müxtəlif qırıntıları özünə tərəf çəkəcək 700 metrlik elektrodinamik “buraz” buraxacaq, eləcə də hərəkət prosesi zamanı nisbətən böyük qırıntı hissələrinə təsir göstərərək onları Yer kürəsi tərəfinə tərpədəcək. Beynəlxalq Kosmik Stansiya və “HTV-6” arasında məsafə horizontal üzrə 19 km və şaquli üzrə 37 km təşkil edəcək ki, bu da stansiyanı təsadüfi qırıntıların düşməsindən qoruyacaq. Fevralın 4-də “HTV-6” aparatının toplanan “kosmik zibil”lərlə birlikdə Yerə tərəf istiqamət götürəcəyi gözlənilir.

BMT-nin məlumatına görə, orbitdə çəkisi 5 min ton ağırlığında 300-ə yaxın “kosmik zibil” obyekti var. Mütəxəssislər onların toqquşacağı təqdirdə kaskad effektinin baş verməsi nəticəsində zibilin çoxalacağından və bunun orbitdə fəaliyyət göstərən aparatlar üçün daha böyük təhlükə törədəcəyindən ehtiyat edirlər.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL