waplog

“Samsung Galaxy Tab S3” ilk bükük ekranlı planşet olacaq


Təqdimatı ötən ilin sentyabrında nəzərdə tutulan “Samsung Galaxy Tab S3” planşet kompüterinin buraxılışı 2017-ci ilin birinci yarısına təxirə salınıb. Hazırda planşetin fevralın 26-da “Mobile World Congress 2017” sərgisi çərçivəsində nümayiş ediləcəyi məlumdur.   

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, bundan əvvəl verilən məlumata görə, korpusunun qalınlığı 5,6 mm təşkil edəcək qurğunun 2048х1536 piksel təsvir ölçülü 9,7 düymlü “AMOLED” ekran, “Snapdragon 820” prosessoru, 4 giqabayt operativ yaddaş, barmaq izi skaneri, “USB Type-C” çıxışı, 5 870 milliamper/saat tutumlu akkumulyator və “Android 7.1 Nougat” əməliyyat sistemi ilə təchiz ediləcək. Bu dəfə isə internetdə “Galaxy Tab S3” planşetinin “Galaxy S7 Edge” smartfonunda olduğu kimi, yan tərəflərə bükülən ekrana malik olmasını göstərən ilk şəkili yerləşdirilib.

Bildirilir ki, bükük ekranlı smartfonlar artıq adi əşyaya çevrilsələr də, oxşar planşetlər bunadək istehsalçılar tərəfindən buraxılmayıb. İstifadəçinin “Edge” istehsal xəttindən olan smartfonlarda olduğu kimi, müxtəlif funksiya və əlavələrdən tez istifadə üçün yan tərəfdə yerləşən menyunu aça biləcəyi ehtimal edilir.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL