waplog

Dünyada şəbəkə aparat təminatının ən böyük istehsalçısı 300 nəfəri işdən çıxarıb


“Forbes” biznes nəşrinin məlumatına əsasən, dünyada şəbəkə aparat təminatının ikinci ən böyük istehsalçısı “Juniper Networks” biznesin ləngiməsi və satışların aşağı düşməsi ilə üz-üzədir.

Şirkət bazarda əlverişsiz vəziyyətlə əlaqədar personalı çıxarır: keçən həftə təxminən 300 nəfər işdən çıxarılıb.

Sentyabr ayının 1-də UBS investisiya bankı dərc etdiyi analitik qeyddə bildirilib ki, şirkətin biznesinin sonrakı ləngiməsi ehtimal olunandır.

Bundan başqa, bank “Juniper” səhmlərinin qiymət proqnozunu 31 dollardan 21 dollara kimi aşağı salıb. Nikosa Teodosopulosun fikrincə, “Juniper” şirkətin yenidən strukturlaşdırılmasına başlaya bilər.

Bu prosesin ilk nəticələri isə, ehtimal ki, personalın işdən çıxarılması olacaq. Analitikin proqnozuna əsasən, şirkət öz personalının təxminən 10%-ni və ya 930-a qədər insanı işdən çıxara bilər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL