waplog

Robot cücə məhsulların çatdırılmasına kömək edəcək


“Agility Robotics” şirkəti cücəni xatırladan “Cassie” adlı robot yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, robot broyler cücə kimi iki ayaq üzərində yeriyir. Mütəxəssislərin sözlərinə görə, qurğu gələcəkdə insanların əvəzinə adi işləri görə biləcək.

Qurğu yaradıcıları, həmçinin gələcəkdə onların kəşfinin insan üçün çətinliklə gedilə bilən yerlərə daxil ola biləcəyini, eləcə də döyüş meydanlarında yaralılara kömək göstərəcəyini istisna etmirlər.

Məlumata görə, ümumilikdə 1 milyon dollardan çox vəsaitin sərf olunduğu “Cassie” robotu 16 aya hazırlanıb. Robot cücənin dizaynı heyvanın skeletindən götürülüb. Robot, həmçinin üç istiqamətdə fırlanan bud-çanaq oynağı və hərəkətli topuqla təchiz edilib. Bunun sayəsində robot dura, gəzə və otura bilir.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL