waplog

“Google” pivə istehsalına başlayıb


“Google” şirkətinin məhsulları insan fəaliyyətinin bir çox sahələrində tətbiq edilir. İnternet-nəhəng gec-tez diqqəti pivə istehsalına da yönəltməli idi.

“Business İnsider” bildirib ki, Larri Peycin korporasiyası “URKontinent” adlanan məhdud sayda köpüklü içki partiyası istehsal edib. Pivənin adı qədim super qitə adlandırılıb.

“Google” şirkəti mükəmməl pivə növü yaratmaq üçün şirkətin minlərlə əməkdaşından onların pivə meyilləri və arzuları haqqında soruşub. Bu tədqiqat əsasında Avstraliya akasiyasının toxumu, Cənubi Amerikadan amarant, Afrikanın roybos yaşıl çayı, Avropadan bataqlıq mərsini və bal kimi ekzotik inqrediyentlərdən ibarət resept hazırlanıb.

“URKontinent” pivəsini istehsal etməyə “Dogfish Head” Amerika pivəhazırlayan şirkəti kömək edib.

Pivəni bu gün Denverdə başlayacaq Böyük pivə festivalında yoxlamaq olar. Təəssüf ki, “Google”-dan bildiriblər ki, pivə biznesində işləməyə hazırlaşmırlar, buna görə “URKontinent” pivəsini satışda gözləmək lazım deyil.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL