waplog

“Samsung” şirkəti təhlükəsiz smartfonunu təqdim edib


"Samsung Electronics" şirkəti "Xcover" seriyasına məxsus yeni təhlükəsiz smartfonunu təqdim edib. "Galaxy Xcover 4" adlandırılmış yeni cihaz "MIL-STD 810G" və "IP68" spesifikasiyalarının tələblərinə cavab verir və buna görə 1,2 metrədək hündürlükdən yerə düşdükdə sınmır, hətta 1 saat müddətində 0.5 metr dərinliyində suda qaldıqda işləməyə davam edir. Bundan başqa, aparat ekstremal temperatura, vibrasiya, günəş şüalanmasına və başqa təsirlərə qarşı dayanıqlıdır.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, yeni qurğu 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor, 2 QB əməli yaddaş və 16 QB daxili fləş yaddaşla təchiz edilib.

Bundan başqa, telefon13 meqapiksellik əsas (sualtı çəkiliş rejimini dəstəkləyir) və 5 meqapiksellik ön kameralar, simsiz "GPS", "NFC" və "LTE" modulları ilə təchiz edilib.

Akkumulyator batareyasının tutumu 2800 milliamper/saat təşkil edir. Aparat "Android 7.0 Nougat" mobil əməliyyat sistemi ilə işləyir.

"Samsung Galaxy Xcover" istehsal xəttinin digər modellərindən olduğu kimi, yeni modeldə də ekranın alt hissəsində idarəetmə düymələri mövcuddur, halbuki Cənubi Koreya istehsalçısının başqa smartfonlarında sensor düymələrdən istifadə olunur.

2017-ci ilin aprelində "Samsung Galaxy Xcover 4" modelinin satışına start veriləcək. Məhsulun pərakəndə satış qiyməti təxminən 260 avro təşkil edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL