waplog

“Ağıllı” zibil qutusu təmizliyə riayət edənləri mükafatlandıracaq


Böyük şəhərlərdə tullantıların utilizasiyası problemi mövcuddur. Çirkli küçələrə baxmaq heç kimin xoşuna gəlməsə də, təəssüf ki, belə küçələr var. Məsələn, bəzi insanlar zibili küçəyə tullayır, yaxud zibil qutusuna atmaqda tənbəllik edirlər. “SENCITY” şirkəti insanları bu problemə daha ciddi yanaşmağa və küçələri təmiz saxlamağa məcbur etmək üçün videooyunlardan istifadəyə qərar verərək təmizkar vətəndaşları mükafatlandıran “tetraBIN” adlı xüsusi zibil qutusu düzəldiblər.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, maye kristal ekrana bükülmüş “TetraBIN” zibil qutusunun displeyində göstərilən yarasalar və ac itlər onları yedizdirməyi xahiş edirlər. Kimsə zibil tulladıqda zibil qutusunun içərisində atılan əşyaya reaksiya verən həssas membran işə düşür. Bundan sonra nahar vaxtı itlər dadlı toyuq ayaqları yeyirlər.

Zibil qutusuna atılmış zibilə görə "oyunçular"a unikal promokod verilir. Bu promokodu sözügedən zibil qutusu istehsalçısının saytında qeydiyyatdan keçirməklə hədiyyələr əldə etmək mümkündür.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL