waplog

“Facebook” şirkəti “Messenger”də "dizlayk" düyməsini sınaqdan keçirir


İndi “Facebook Messenger” proqramında mesajlara müxtəlif reaksiya vermək mümkündür. Həmçinin məşhur sosial şəbəkə öz istifadəçiləri üçün mesajlara dizlayk qoymaq imkanı yaratmaq qərarına gəlib.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, hələ ki, sözügedən funksiya test proqramı çərçivəsində yalnız məhdud sayda istifadəçilərə əlçatandır. Sosial şəbəkədə edilmiş yenilik mesaja 7 variantdan (həmçinin layk və dizlayk şəklində) ibarət emoji formasında reaksiya vermək imkanı yaradır.

“iMessage” messencerində olduğu kimi, çatda göndərilmiş dostların mesajlarının seçimi zamanı emoji opsiyası meydana çıxır. İndi bu opsiyada ənənəvi simvollardan başqa qəmgin və hətta qəzəbi ifadə edən smayliklər mövcuddur. Beləliklə, “Facebook” ünsiyyəti daha da canlandırmağa və reaksiyaları müxtəlifləşdirməyə çalışır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL