waplog

Neftçala rabitəsi TAE xəttinə qoşulur


“Trans Asia-Europa” (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmenti genişlənməkdə davam edir.

“Aztelekom” İB-dən verilən məlumata görə, Neftçala rabitəsinin Salyan istiqamətində TAE xəttinə birləşdirilməsi nəzərdə tutulub. Artıq işlərin bir qismi həyata keçirilib.

Bu layihənin həyata keçirilməsi ilə Salyandan Neftçala istiqamətində bütün kəndlərin birbaşa bu xəttə qoşulması təmin olunacaq ki, bu da daha sürətli, daha keyfiyyətli rabitə xidməti deməkdir.

Xatırladaq ki, bu nəhəng layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb. Elə həmin il dekabr ayının birində TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb.

2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL