waplog

“Samsung” innovativ televizorların satışına başlayır


Artıq cari ilin yazında “Samsung” şirkəti innovativ texnologiya ilə təchiz edilmiş yeni televizorlarını satışa çıxaracaq. “Verband Deutscher Elektrotechniker” sertifikatı əsasında əminliklə söyləmək olar ki, yeni televizor rəng çalarlarının ötürülməsi üzrə 100%-lik dəqiqliyə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, Cənubi Koreya şirkətinin yeni televizorlarında yeni ekran matrisi sayəsində yüksək keyfiyyətli şəkil əlçatandır. İndi kvant nöqtələri qara rəngi çox dəqiqliklə ötürür. Metaldan hazırlanmış nanozərrəciklər rəng verilişini yüksək səviyyədə həyata keçirməyə kömək edir. Yeni televizorun parlaqlıq göstəricisi 2 min nitdir. Unikal qurğunun qiyməti haqda hələ məlumat yoxdur.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL