waplog

Qatlanan smartfonun hazırlanması üzərində iş başa çatır


Cənubi Koreyanın “Samsung Electronics” və “Samsung Display” şirkətləri yeni müasir qatlanan smartfonun hazırlanması üzrə işi başa çatdırmaq mərhələsindədir. Bu barədə Cənubi Koreyanın “ETNews” nəşri sənayedəki mötəbər mənbələrə istinadən məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, prototiplərin istehsalına cari ilin üçüncü rübündə başlamaq nəzərdə tutulub. Bununla yanaşı, işlək nümunənin nümayişi sentyabrın 1-6-da Berlində keçiriləcək “IFA 2017” sərgisi çərçivəsində gözlənilir.

Bildirilir ki, şirkət rəhbərliyi tərəfindən minlərlə prototipin istehsalının planlaşdırılmasına baxmayaraq qurğuları sonuncu istifadəçilər əldə edə bilməyəcək. Məsələ ondadır ki, bükülən smartfonlar şirkət daxilində məhsuldarlıq və keyfiyyətin sınağı, eləcə də mobil rabitə operatorları kimi əsas potensial tərəfdaş müştərilərin müasir bazarla bağlı fikirlərinin yoxlanılması üçün yaradılır. Buna baxmayaraq yeni elastik smartfonun istehlak modelinin 2018-ci ilin sonunda xüsusiləşmiş mağazalarda satışa çıxarılması gözlənilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL