waplog

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə növbəti dəfə Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək.
 
Ənənəvi olaraq, hər il iki mərhələdə keçirilən olimpiada 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub. Bu il təşkil olunan ümumrespublika tədbiri sayca 12-cidir.
 
Olimpiadada hər bir ali təhsil müəssisəsindən maksimum 4 komanda qeydiyyatdan keçə bilər və hər bir ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası ikinci (final) mərhələyə vəsiqə qazanacaq. Hər komanda 1 nəfər rəhbərdən (müəllim) və 3 nəfər iştirakçıdan (tələbə - bakalavr) təşkil olunmalıdır.
 
Cari ildə olimpiadanın ilk mərhələsinin 29 aprel, növbəti (final) mərhələsinin isə 6 may tarixində keçirilməsi planlaşdırılır. Olimpiadada iştirak etmək üçün 21 aprel 2017-ci il tarixinə qədər qeydiyyatdan keçmək zəruridir (http://www.olimpiada.az).
 
İlk mərhələ saat 10:00-da Bakı Mühəndislik Universitetində keçiriləcək.
 
Olimpiadaya gələn komanda üzvləri şəxsiyyət vəsiqəsi və tələbə biletlərini özləri ilə gətirməlidirlər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL