waplog

İlon Mask insan beyninin kompüterə qoşulması üzərində çalışır


“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask təəccübləndirməyə davam edir. O, dünyanı dəyişdirəcək növbəti layihəsini elan edib. Milyarder tərəfindən təsis edilmiş “Neuralink” adlı şirkətin məqsədi kompüterlə insan beynini əlaqələndirmək üçün neyron interfeysinin yaradılması sahəsində həllər hazırlamaqdır.

“ICTnews” Elektron Xəbər Xidməti belta.by saytına istinadən yazır ki, məlumata görə şirkət hələ erkən inkişaf mərhələsindədir. İlon Maskın planına əsasən, indi “Neuralink” şirkəti beynə implantasiya edilən qurğuların yaradılması üzərində işləyəcək. Bu qurğular insanlara kompüterlərə qoşularaq öz fikirlərini rəqəmləşdirməkdə kömək edəcək.

Məlumat üçün bildirək ki, “Neuralink” fantastik istiqamətdə işlər görən ilk belə şirkət deyil. “Kernel” şirkəti insanlarda yaddaş və öyrənmə qabiliyyətinin yaxşılaşması üçün implantasiya edilən qurğu hazırlayır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL