waplog

“iPhone”da yeni funksiya istifadəyə verilib


“iOS” qurğu istifadəçiləri martın 27-dən etibarən mobil əməliyyat sisteminin yeni - 10.3 versiyasını quraşdırmaqla itmiş simsiz “AirPods” qulaqcıqlarının axtarışına kömək edən unikal funksiyadan yararlanmaq imkanı əldə ediblər.  

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, funksiyadan istifadə üçün smartfonda “Bluetooth”u qoşaraq “iPhone” və qulaqcıq arasında birləşməni gözləmək tələb olunur. Bundan sonra “iPhone”u tap” proqramını açaraq qurğular siyahısında “AirPods” qulaqcığını seçmək və “Səsləndir” düyməsini basmaq lazımdır.

Qeyd edək ki, itmiş qulaqcıq bağlı enerjidoldurma çexolunda olanda səsləndirmə funksiyası işləmir.
Bundan başqa, “iOS” sisteminin 10.3 versiyasında istifadəçi haqqında ətraflı məlumat və şəxsi qurğulara tez keçid almaq üçün əlavə yuxarı panel istifadəyə verilib.

Əməliyyat sistem üçün yenilənmə ilə yanaşı, “Apple” şirkəti “tvOS”, “macOS” və “watchOS” sistemlərinin yeni versiyalarını təqdim edib.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL