waplog

ATS-493/498 NGN texnologiyası əsasında yenidən qurulur


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxtın rabitə şəbəkəsinin daha da modernləşdirilməsi istiqamətində növbəti addım atıb. Bu barədə bizə məlumat verən birliyin baş mütəxəssisi Elman Qədirovun bildirdiyinə görə, artıq şəhərin mərkəzini əhatə edən ATS 493/498-in rekonstruksiyasına başlanılıb.
Həyata keçirilən tədbirlər nəticəsində NGN texnologiyası əsasında tamamilə yenidən qurulacaq stansiya vətəndaşlara mükəmməl rabitə xidməti ilə yanaşı, onların bütün multimedia xidmətlərindən istifadə etməsinə şərait yaradacaq.
Qeyd edək ki, rekonstruksiya işlərinin iyulun sonunadək başa çatdırılması nəzərdə tutulub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL