waplog

“Apple” korporasiyası “iPhone” və “iPad” cihazlarını noutbuka çevirəcək


“Apple” korporasiyası iki aksesuarın patenti üçün ərizə verib. Bu aksesuarların köməyilə “iPhone” və “iPad” qurğularını noutbuka çevirmək mümkündür. Sözügedən sənəd ABŞ Patent və Əmtəə Nişanları Bürosunun saytında dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti lenta.ru saytına istinadən yazır ki, aksesuarlar “iOS” sistemi ilə işləyən qurğular üçün tutqac formasında hazırlanıb. Birinci halda “iPad” ekran rolunda çıxış edir və ona trekpada malik klaviatura birləşdirilir. Öz ekranı ilə təchiz edilmiş ikinci aksesuar “iPhone” üçün nəzərdə tutulub və trekpad rolunu yerinə yetirir.

Sənədə əsasən, qurğu videokart, portlar və noutbuka uyğun başqa atributlara malik ola bilərlər. Ancaq qurğunun işləməsi üçün ona “iOS” sistemli cihaz gərəkdir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL