waplog

“HTC U” bu ay nümayiş olunacaq


Ötən il “HTC” şirkətinin korpusunun kənarı sensorlu olmaqla yeni idarəetmə növü ilə seçiləcək “Ocean” adlı yeni smartfonu haqqında məlumat yayılmağa başlayıb. Videoçarxda imkanları nümayiş olunan qurğunun “HTC U” smartfonu kimi bu il təqdim ediləcəyi və Tayvan istehsalçısının 2017-ci il üçün əsas qabaqcıl modeli olacağı gözlənilir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “HTC U” xarici görünüşünə görə əvvəllər təqdim olunan “U Ultra” və “U Play” modellərinə bənzəyir. Videoçarxda qurğuda “Home” düyməsinin quraşdırılmaması maraq doğurur. Onun sensorlu ola biləcəyi ehtimal olunur, həmçinin korpusda barmaq izi skaneri görünmür. Ötürücünün bilavasitə ekrana quraşdırılmasını istisna etmək olmaz.

Məlumata görə, “HTC U” 2560х1440 piksel təsvir ölçüsünə malik ekran, səkkiznüvəli “Qualcomm Snapdragon 835” prosessoru, “Adreno 540” qrafik sürətləndiricisi, 4 giqabayt operativ, 64 giqabayt quraşdırılmış yaddaş, 12 meqapikselli əsas, 16 meqapikselli ön kamera və “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə təchiz ediləcək.

“HTC U” smartfonunun təqdimatı aprelin sonunda gözlənilir.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL