waplog

Elektron sağlamlıq kartı alanların sayı artır


Səhiyyə Nazirliyi əhaliyə təqribən 400 minə yaxın elektron sağlamlıq kartı verib.
Elektron sağlamlıq kartları İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və 14 yaşa qədər olan uşaqlara paylanılır. Orta hesabla hər ay nazirlik tərəfindən 10 mindən artıq elektron kart verilir. Kartlar onun sahibinin şəxsiyyəti, tibbi və sosial sığorta və s. haqqında məlumatdan ibarətdir. Məlumat tibb müəssisəsinin xidməti məlumatların operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir.
Bu günədək idarənin tabeçiliyində olan bütün doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri bu sistemə qoşulub. Xəstələr haqqında tibbi uçotun aparılmasının avtomatlaşdırılması zəruri informasiyanın axtarışını asanlaşdırır və diaqnozun qoyulması vaxtını qısaldır.
Layihə "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL