waplog

Dünyada ilk holoqrafik zəng həyata keçirilib


3 aprel 2017-ci il tarixində “Verizon” və “Korean Telecom” mobil operatorları beşinci nəsil şəbəkəsinin köməyi ilə Seul və Nyu Cersi şəhərləri arasında dünyada ilk holoqrafik videozəng həyata keçiriblər. Təqdimat zamanı “Korean Telecom” mobil operatorunun əməkdaşı “Verizon” şirkətinin Cənubi Koreya şirkətinin binasında yerləşən monitorunda holoqram formasında görsənən əməkdaşı ilə videoünsiyyət saxlayıb. Hər iki şirkətin nümayəndələri deyiblər ki, bu, dünyada “5G” şəbəkəsində həyata keçirilmiş ilk uğurlu məlumat mübadiləsi olub. Hər iki nümunə “5G” şəbəkəsi 28 QHs diapazonunda işləyib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Korean Telecom” holoqrafik onlayn zəng texnologiyasını beşinci nəsil şəbəkəsi əsasında işləyən qabaqcıl multimedia xidmətlərindən biri kimi hazırlayır. Bundan başqa, şirkət indi Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən araşdırılan “Sync View” və “Omni-View” xidmətlərini işə salmaq niyyətindədir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL