waplog

Smartfonlar üçün özünübərpa edən şüşə yaradılıb


Kaliforniya Universitetinin kimyaçılar qrupu elektrik ötürərək özünübərpa edən material yaradıb. Bu, ondan smartfonlarda şüşə kimi istifadəyə imkan verir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, aparıcı tədqiqat müəllifi Çao Van ABŞ Kimyaçılar Birliyinin (ACS) 253-cü milli görüşü və sərgisi zamanı bildirib ki, material keçirilən sınaqlarda cızılma və qırılmaya qarşı yüksək dözümlülük nümayiş etdirib. Onu tən yarıdan qırsaq, tam bərpa üçün bir gündən az vaxt lazım olacaq. Materialı, həmçinin ilkin uzunluqdan 50 dəfə uzatmaq olar.  
Məlumata görə, materialın əsasını ion dipol təsiri kimi tanınan nekovalent əlaqə tipi təşkil edir. Beləliklə, o zədələnsə və ya qırılsa, ion və molekullar bir-birinə yaxınlaşaraq səthi bərpa edir.

“Özünübərpa edən materialların uzaq gələcəkdə tətbiq ediləcəyi ilə bağlı təsəvvür yarana bilər, lakin əminliklə deyə bilərəm ki, onlar tezliklə mobil telefonlarda quraşdırılacaq. Üç il ərzində onlar satışa çıxarılacaq və gündəlik həyatı dəyişəcək”, - Ç.Van qeyd edib.

Texnologiya yaradıcıları əmindirlər ki, onların materialından smartfonlarla yanaşı, robot texnikası və biosensorlarda istifadə mümkün olacaq.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL