waplog

Bütün yeni qurulan bagçalarda online nəzarət sistemi tətbiq edilə bilər


Təhsil Nazirliyi tərəfindən tamamilə yenidən qurulan bagçalarda online nəzarət sistemi tətbiq edilə bilər. Bu barədə nazirlikdən verilən məlumatda bildirilir.

Ən müasir tələblər səviyyəsində yaradılan bağçalarda dünya standartlarına uyğun şərait formalaşdırılacaq. Müasir uşaq bagçalarında valideynlər internet vasitəsilə online rejimdə uşaqları müşahidə etmək imkanı əldə edəcəklər.

Artıq bu təcrübə bir çox özəl bagçalarda tətbiq edilib. Burada quraşdırılan müşahidə kameraları ilə valideynlər bütün günü övladlarının nə etməsi ilə maraqlana bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi “Azərfon” MMC ilə bir neçə məktəbdə də uyğun layihəni reallaşdırıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL