waplog

Mobil sayt tərtibatçıları üçün yeni sertifikatlaşma proqramı tətbiq edilib


“Google” şirkəti müasir mobil sayt tərtibatçıları üçün yeni sertifikatlaşma proqramı tətbiq edib. Bu məqsədlə keçirilən testə saytların sürətinin işinin optimallaşdırılması ilə bağlı məsələlər daxildir.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, hazırda müasir internet saytlarının mobil versiyaları günü-gündən aktuallaşır. Bu, ilk növbədə saytlara yüksək yükləmə sürəti ilə baxmağa imkan verən mürəkkəb mobil qurğuların inkişafı ilə əlaqədardır. Bu prosesə öz töhfələrini vermək istəyən “Google” nümayəndələri fəaliyyət göstərən mobil sayt tərtibatçılarının biliklərini qiymətləndirən imtahan qurğusu hazırlayıblar. Tərtibatçılar fəaliyyətlərində bir sıra amilləri nəzərə almalı olurlar. Söhbət mobil səhifələrin əhəmiyyətindən, əlavə və səhifələrin dizaynının yaxşılaşdırılmasından və saytların ümumi optimallaşdırılmasından gedir.    

Tərtibatçıların test tapşırıqlarının 80 faizini yerinə yetirəcəkləri təqdirdə onlar yüksək keyfiyyətə malik saytların yaradılması üçün “Google” tərəfindən akkreditasiya olunan sertifikat almaq hüququ əldə edəcəklər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL