waplog

“Messenger” mobil tətbiqində qrup çatlarında pul köçürülməsi funksiyası istifadəyə verilib


Hələ 2015-ci ildə "Facebook" sosial şəbəkəsi "Messenger" mobil proqramında istifadəçilər arasında pul köçürülməsi funksiyasını işə salmışdı, ancaq indiyədək bu funksiya yalnız dialoqlarda əlçatan idi. İndi sözügedən funksiya, həmçinin qrup çatlarında da əlçatan olub.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, pul köçürülməsi funksiyasından istifadə etmək üçün bank kartını "Facebook" hesabına əlavə etmək lazımdır. Haker hücumlarından müdafiə məqsədilə PIN kod və ya  barmaq izi skanerindən istifadə etmək olar.

Bundan sonra "Messenger" mobil tətbiqində qrup çatında yalnız "Payments" ikonkasına sıxmaq, pul göndərmək istədiyiniz insanları seçmək, məbləği daxil etmək, lazımi mətni əlavə etmək və tranzaksiyanı həyata keçirmək lazımdır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL