waplog

Gümüşdən kosmik “4D” parça yaradılıb


ABŞ Kosmik Agentliyinin (NASA) mühəndisləri dördölçülü (4D) texnologiya vasitəsilə gümüş və digər möhkəm materiallardan toxunan xüsusi parça yaradıblar. Material stansiyaları radiasiyadan qorumağa, eləcə də elastik antenaların yığılması məsələsində irəliləyişə nail olmağa kömək edəcək. Bu barədə agentliyin məlumatında deyilir.  

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, agentliyin reaktiv hərəkət laboratoriyasının (Jet Propulsion Laboratory) alimləri “4D” çapının köməyi ilə gələcək parçanın bütün struktur və konfiqurasiyasını yarada biliblər. Hər şeyin materialın hazırlandığı funksiyalardan asılı olması bildirilir. ABŞ alimlərinin texnologiyası dəmir geyimə oxşasa da, bütün işlər lazımi materialı lay-lay yaradan “4D” çap printerində aparılır. Ekspertlərin sözlərinə görə, bu, modelləşdirmə prosesini sadələşdirir.  

Əldə olunan parçanı sıxmaq, dartmaq, əymək və dəfələrlə düzəltmək olar - material özündə parça və metalların xüsusiyyətlərini birləşdirib. Yaxın vaxtlarda Beynəlxalq Kosmik Stansiyada nümunənin sınaqlarına başlamaq nəzərdə tutulur. Eyni zamanda gümüş parçanın kosmosda mümkün çapı üzrə eksperiment aparılması planlaşdırılır.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL