waplog

“Apple iCloud” xidməti oktyabr ayının 12-də istifadəyə veriləcək


Yeni nəsil “iPhone” smartfonunun təqdimatına həsr edilmiş dünənki tədbirdə “Apple” şirkəti bildirib ki, “iCloud” veb- xidməti və “iOS 5” mobil əməliyyat sistemi oktyabr ayının 12-də istifadəyə veriləcəklər.

“iCloud” xidməti məzmunu internetdə serverlərdə saxlamağa, onu portativ və stasionar qurğular arasında sinxronlaşdırmağa imkan yaradacaq. Bu məzmun audiofayl, sənəd, elektron məktub, əlaqə, təsvir və videomateriallar ola bilər.

“iPhone” smartfonları, “iPad” planşetləri, “iPod touch” pleyerləri, “Mac OS X” və “Windows” əməliyyat sistemləri ilə işləyən fərdi kompyuterlər ilə uyğunluğa söz verilib.

“iOS 5” platformasında isə 200-dən çox yeni funksiya reallaşdırılıb. Onların arasında xəbərdarlıqların vahid mərkəzi “Notification Center” (onun vasitəsilə istənilən vaxt buraxılmış zənglər, mətn mesajları və s. haqqında informasiya almaq olar), elektron jurnal və qəzetlər almaq üçün “Newsstand” proqramı, təkmilləşdirilmiş “Safari” səyyahı və s. var.

“iPhone 4”, “iPhone 3GS”, “iPad 2”, “iPad”, üçüncü və dördüncü nəsil “iPod touch” sahibləri əməliyyat sistemini quraşdıra bilərlər.

Yeni mobil platforma pulsuzdur. “iCloud” xidməti də baza versiyasında, həmçinin ödəniş tələb etməyəcək; “Apple” şirkəti istifadəçilərə poçt, sənəd və əlaqələrin saxlanılması üçün 5 Qb disk sahəsi verəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL