waplog

2022-ci ildə artırılmış reallıq eynəyi cihazları əvəz edəcək


“Oculus Research” şirkətinin əməkdaşı Maykl Abraş deyib ki, 2022-ci ildə artırılmış reallıq eynəyi cihazları əvəz edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti dni24.com saytına istinadən yazır ki, yeni qurğu insanlara ağıl və qabiliyyətlərini inkişaf etdirmək üçün imkan yaradacaq, çünki insan belə eynək vasitəsilə fasiləsiz virtual informasiya əldə edəcək. Hətta əşyalara baxmaqla onların temperaturunu öyrənmək mümkün olacaq, bundan başqa eynəkdə səs-küyün filteri və müxtəlif dillərdən olan sözlərin tərcüməsi funksiyası nəzərdə tutulub.

Yeni aparat görmə və eşitmə qabiliyyətinii yaxşılaşdıracaq, onu istənilən yerə özünlə götürmək mümkündür. Buna görə istehsalçılar əmindirlər ki, sözügedən artırılmış reallıq eynəyi smartfonları əvəz edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL