waplog

Yeni “HDR10+” video standartı hazırlanıb


Cənubi Koreyanın “Samsung” şirkəti və ABŞ-ın “Amazon Video” internet videokontenti servisi genişləndirilmiş dinamik diapazonlu “HDR10+” açıq video standartını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, yeni standart videoya dinamik metaməlumatları əlavə etməklə təsvirin kontrastlığını yaxşılaşdırmağa və dinamik diapazonu genişləndirməyə imkan verir. “HDR10” standartının cari versiyasında ayrı-ayrı təsvirlərin parlaqlığından asılı olmayaraq dəyişməz qalan statistik metaməlumatlar tətbiq edilib. Bu səbəbdən tutqun təsvirlər daha qaranlıq ola bilər.
“HDR10+” bu boşluğu televizorun səhnə və kadrların dəyişməsi zamanı parlaqlığı avtomatik dəyişə biləcək dinamik metaməlumatlar vasitəsilə aradan qaldıraraq təsviri orijinala yaxın edəcək.

Məlumata görə, 2017-ci ildə buraxılan bütün “Samsung” televizorları yeni standartı dəstəkləyir. Tezliklə isə əvvəlki illərdə buraxılan modellərə “HDR10+” standartından istifadəyə imkan verəcək yenilənmə proqramının təqdim edilməsi nəzərdə tutulur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL