waplog

Məlumat Hesablama Mərkəzinin əməkdaşları “Barama Hackathon 2017” yarışında birincilik qazanıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin əməkdaşları “Barama Hackathon 2017” yarışında birinci yeri qazanıblar.
 
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı, “Azercell” və “PASHABank”-ın sponsorluğu ilə təşkil edilən tədbirdə seçilmiş 10 komanda yarışıb. Yarışda “The Dev Squad” adı altında çıxış edən komanda verilmiş tapşırığı vaxtında yerinə yetirərək, 36 saat ərzində “Baku Shopping Guide” adlı mobil tətbiq hazırlayıblar.
 
Mobil tətbiq Bakı şəhəri üzrə mağazaların ünvanı və marşrutunu göstərməklə, istifadəçilərə axtardıqları dükanı rahatlıqla tapmaqda bələdçilik edəcək. Proqramın xüsusi maraq doğuran tərəfi dükanlar üzrə endirim kampaniyalarını əks etdirməsidir. Belə ki, endirim nəzərdə tutulan bütün mağazalar bu tətbiqdə xəritə üzərində göstərilir. Endirim faizlərinin seçmə imkanı proqramdan istifadəni daha da sadələşdirir.
 
Qeyd edək ki, “The Dev Squad” komandasının üzvləri ölkəmizdə “Elektron hökumət” portalı kimi innovativ layihələrin proqramçılarıdır. Elə həmin komandanın hazırladığı “Poçt ünvanları” mobil tətbiqi marşrutu göstərməklə istifadəçinin istədiyi poçt məntəqəsinə rahatlıqla çatmasını təmin edir.






NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL