waplog

“Instagram” istifadəçilərinin sayı 700 milyon təşkil edir


“Instagram” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı 700 milyona çatıb. Bu haqda xidmətin administrasiyası məlumat verib.

“Instagram” öz auditoriyasının artmasını yeni funksiyaların tətbiqi ilə izah edir: onlayn yayım, “Direct”da yoxa çıxan mesajlar. 4 ay ərzində sosial şəbəkənin istifadəçilərinin sayı 100 milyon, 2 ildə isə iki dəfə artıb.

“Instagram” 2012-ci ildə onu 1 milyard dollar satın almış “Facebook” sosial şəbəkəsinə məxsusdur. O vaxt “Instagram”ın auditoriyası 30 milyon istifadəçidən ibarət idi. İndi “Facebook” şirkəti “Instagram”ın köməyi ilə xeyli gəlir qazanır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL