waplog

Bina çap edən robot yaradılıb


Massaçusets Texnologiya İnstitutunun mühəndisləri bina çap etməyə imkan verən daxili "3D" printerə malik robot prototipi hazırlayıblar. "Gələcəkdə tamamilə avtonom işləyən sözügedən robot Ay, Mars və ya Antarktikada bir neçə il ərzində binalar inşa edə biləcək" – layihənin direktoru Stiven Kitinq deyib.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, sistem böyük avtonom manipulyator qurulmuş tırtıllı maşın formasındadır.

Sınaqlar çərçivəsində diametri 15 metr, hündürlüyü 3,65 metr olan günbəzin divarları "çap edilib". Sistem 14 saat ərzində bu işin öhdəsindən gəlib. Bundan sonra işçilər yalnız hazır formaya beton tökməlidirlər.

Sistem, həmçinin konkret tikinti sahəsinin tələblərinə və sifarişçinin arzularına uyğunlaşdırıla bilər.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL