waplog

“Telegram” messencerində məhsul sifariş etmək mümkün olacaq


Tezliklə “Telegram” messencerində ödənişləri həyata keçirmək üçün şəxsi platforma istifadəyə veriləcək. Çat botlarla ünsiyyət saxlayan istifadəçilər məhsulları sifariş edə və xidmətlərin haqqını ödəyə biləcəklər. Bundan başqa, həyata keçirilmiş tranzaksiyalar üçün heç bir komissiya tutulmayacaq. Bu haqda xidmət barəsində gələcək dəyişikliklərin eskizlərini “Instagram” hesabında göstərmiş layihənin yaradıcısı Pavel Durov məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, sənədə əsasən, tranzaksiyalar email “Stripe” prosessinq sistemi (dünyanın 25 ölkəsində əlçatandır) tərəfindən həyata keçiriləcək. Botlar məhsulların sifarişi və xidmətlərin ödənişi üçün xüsusi düymə ilə təchiz ediləcək.

Bank kartı çat botla "əlaqələndiriləcək", pul birbaşa tərtibatçının hesabına göndəriləcək. “Telegram” maliyyə məlumatlarının saxlanılması üzrə məsuliyyəti öz üzərinə götürmür, bununla əlaqədar olaraq şirkət pulun geri qaytarılması üzrə şikayətlərə baxmayacaq. Eyni zamanda xidmət vicdanlı tərtibatçıları həvəsləndirməyə və pisləri isə cəzalandırmağa dair söz verib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL