waplog

“Google” və “Huawei” şirkətləri “Raspberry Pi” kompüterinin “Android” sistemi ilə işləyən güclü analoqunu yaradıblar


ABŞ-ıın “Google” şirkəti Çinin “Huawei” istehsalçısı ilə birgə “Android” mobil əməliyyat sistemi ilə işləyən kompüter yaradıblar. “HiKey 960” kompüteri tərtibatçılara müvafiq proqram təminatında “ARM” proqramları yaratmağa və yoxlamağa imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, “Raspberry Pi” kompüterinin analoqu “Kirin 960” prosessoru, 32 QB daxili və 3 QB əməli yaddaşla təchiz edilib, “Bluetooth 4.2” və “Wi-Fi 802.11 b/g/n/ac” modullarını dəstəkləyir. “HiKey 960” kompüteri “Linux” əməliyyat sistemini dəstəkləyir, robot, pilotsuz uçan aparat və “ağıllı” qurğuların yaradılmasında istifadə oluna bilər. Sistem lövhəsində HDMI çıxış, USB Type-C, USB 3.0 və “microSD” kartı üçün slot var. Komponentlərin əlavə edilməsi üçün 40 və 60 pinlik konnektorlar mövcuddur. “GPU Mali G7” qrafik kartı sayəsində 4K təsvir ölçülü displeylə işləmək mümkündür. Mayda çıxarılacaq qurğunun dəyəri 239 dollar təşkil edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL