waplog

Gələcəyin daşınan elektronikası sirkə turşusunda həll olunur


Stenford Universitetinin alimləri sirkə turşusunda həll edilən daşınan elektronika yaratmağı öyrəniblər. Yeni nəsil cihazlarda korpusun materialı bitki liflərindən hazırlanmış nazik plyonkadan ibarət olacaq, elektrodlar isə alüminium və dəmirdən düzəldiləcək. Sınaqlar zamanı alimlər müəyyənləşdiriblər ki, qurğu 1 ay sonra sirkə turşusunda tamamilə həll edilir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, texnologiya yalnız ətraf mühitin mühafizəsi məqsədilə istifadə edilməyəcək. Beləliklə, istifadəçilər lazımsız rəqəmli informasiyanı məhv edə biləcəklər.

Alimlər, həmçinin layihənin tibb sahəsində tətbiqini nəzərdə tutublar. Bu məqsədlə yeni cihazların siçanların ürəyinə implantasiyası üzrə sınaqlar keçirilib. Məlum olub ki, material zəhərli deyil, amma əlavə yoxlamalar tələb edir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL