waplog

İndi “Instagram”da saytın mobil versiyası vasitəsilə şəkillər dərc etmək mümkündür


“Instagram” saytın mobil versiyasını yeniləyib. İndi şəkilləri yalnız mobil proqramla deyil, həmçinin mobil brauzer vasitəsilə dərc etmək mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “locals.md” saytına istinadən yazır ki, mobil versiyada filtrlər əlçatmazdır. İstifadəçilər yalnız şəkli kəsə bilərlər. Həmçinin videofaylların yüklənməsi və şəxsi mesajların göndərilməsi imkanı mövcud deyil.

Məlumata görə, yeniləmə ilk növbədə inkişaf etməkdə olan ölkələrin istifadəçiləri üçün nəzərdə tutulub, çünki sözügedən ölkələrdə internetə sürətli çıxışla bağlı problem mövcuddur.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL