waplog

Yeni akkumulyator 5 dəqiqə ərzində enerji ilə doldurulur


“StoreDot” şirkəti tərəfindən hazırlanmış texnologiya bir neçə dəqiqə ərzində elektrik avtomobilinin akkumulyatorunun şarjını tamamilə doldurmağa imkan verir. Şirkət tərəfindən patentləşdirilmiş həllər belə enerjidoldurma sürətini təmin edir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, indi “StoreDot” şirkəti kütləvi istehsala başlamaq üçün partnyor və investorlar axtarır. İstehsalçıların iddiasına görə, onların akkumulyatoru yalnız tez enerji toplamır, həm də başqa batareyalarla müqayisədə daha təhlükəsizdir. Şirkət nümayəndələrinin proqnozuna görə, yeni akkumulyatorlar artıq bir neçə il sonra satışa çıxarıla bilər, indi isə onları diqqətlə testdən keçirmək lazımdır. Yeni tip batareya ilə təchiz edilmiş smartfonların sınaqları artıq başa çatıb.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL