waplog

“Apple” musiqi əlavəsi “Windows Store” mağazasında istifadəyə veriləcək


"Apple" şirkəti "Build" proqram tərtibatçıları konfransında "Windows Store" mağazasında "iTunes" musiqi əlavəsinin istifadəyə verilməsi ilə bağlı planlarını açıqlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "theRunet" resursuna istinadən yazır ki, məlumata görə, istifadəçilər "Apple" musiqi proqramını tez-tez axtarsalar da, ondan "Windows Store" mağazasında yararlanmaq imkanından məhrumdurlar. Bununla əlaqədar olaraq "Microsoft" korporasiyası "Apple" ilə proqramın əldə edilməsi üçün danışıqlar aparıb.   

Bildirilir ki, yeni "iTunes" versiyasının funksionallığı "iPhone", "iPad" və "iPod" qurğuları ilə sinxronlaşma imkanına malik klassik versiya kimi geniş olacaq.

"Microsoft" mağazasında, həmçinin bir sıra "Adobe" proqramlarının və "Chrome" brauzerinin quraşdırılması planlaşdırılır. Bununla yanaşı, alternativ brauzer "Microsoft" əlavələrinə sərt tələblər səbəbindən "Windows Store"da quraşdırılmayacaq.

Bundan başqa, "Microsoft"un məhsullarını populyarlaşdırmaq üzərində aktiv çalışmasına görə "Windows 10 S" əməliyyat sistemində "Google"un "Bing" əvəzinə standart axtarış sistemi kimi quraşdırılması qeyri-mümkün olacaq, ".html" formatlı bütün əlavələr isə "Edge" brauzerində açılacaq.

"Windows 10 S" sisteminin yalnız standart "Windows Store" əlavələri ilə işləməsi səbəbindən mağazada "iTunes" əlavəsinin istifadəyə verilməsi ilə bağlı xəbərin əksər istifadəçiləri sevindirəcəyi gözlənilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL