waplog

Cobsun ölümü “Twitter”də əsas trend olub


“Apple” şirkətinin banilərindən biri Stiv Cobsun ölüm xəbəri dərhal “Twitter” trendlərində bir neçə mövqe tutub.

Mikrobloq şəbəkəsində istifadəçilərin müzakirə etdikləri ən məşhur mövzu siyahısında 5 mövqe Stiv Cobsa aiddir. Birinci yeri "RIP Steve Jobs" ifadəsi ("Allah rəhmət eləsin, Stiv Cobs") tutub.

Bundan başqa, istifadəçilər Cobsa (" # ThankYouSteve") təşəkkür edirlər və xəbərə öz münasibətlərini "# iSad" xeşteqi ilə ("sad" - "kədərli" və "i" isə Apple məhsulları üçün ənənəvi olan hərf) bildirirlər.

Cobsun xatirəsi ilə bağlı bir çox xəbərlər “Apple” şirkətinin əsas şüarlarından biri olan "Think different" (" başqa cür düşün!") ifadəsindən ibarətdir. Həmçinin istifadəçilər Stiv Cobsun bu və ya digər ifadələrindən sitat gətirirlər. “Apple” banisinin ölüm xəbəri şirkətin saytında oktyabrın 6-da bildirilib. Stiv Cobsun 56 yaşı var idi.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL