waplog

Lütfi Zadə adına fəxri təqaüd təsis edilmişdir


Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni tədris ilindən dünya şöhrətli alim, soydaşımız alim Lütfi Zadə adına fəxri təqaüd təsis olunmuşdur.

Xatırladaq ki, Kaliforniya Berkli Universitetinin professoru, Bakıda anadan olmuş Lütfi Zadə XX əsrin dünyaya bəxş etdiyi nəhəng simalardan biri, qeyri-cəlis məntiq nəzəriyyəsinin yaradıcısı, görkəmli elm xadimidir.

NDU-nun mətbuat şöbəsindən AzərTAc-a bildirmişlər ki, təqaüdün təsis olunmasında məqsəd tələbə gənclərin dəqiq elmlərə marağını daha da artırmaq, elmi-tədqiqatçılıq fəaliyyətlərini yüksəltmək, bütün dünyada məşhur olan, Azərbaycan xalqının fəxri, 90 yaşlı böyük alim Lütfi Zadənin həyatını, elmi nailiyyətlərini öyrənmək və yaşatmaqdır.

Lütfi Zadə adına fəxri təqaüdə müvafiq olaraq mühəndislik və memarlıq, fizika-riyaziyyat fakültələrindən tələbələrin seçilməsi nəzərdə tutulmuşdur.

Bu təqaüdə ilk layiq görülənlər İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi üzrə II kurs tələbəsi Əliyev Nurəddin Fərman oğlu, riyaziyyat və informasiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Ağamalı Kamran Səbzəli oğlu olmuşdur.

Təqaüd təsis olunarkən həmin tələbələrin təhsil aldıqları bir il ərzində elmdə, təhsildə, yeni texnologiyaların mənimsənilməsində, Tələbə Elmi Cəmiyyətinin xətti ilə aparılan elmi-tədqiqat işlərində xüsusi fərqlənmələri nəzərə alınmışdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL