waplog

“Alibaba” alış-veriş üçün ödənişi biometrik məlumatlarla qəbul edəcək


Çinin elektron ticarət sahəsində fəaliyyət göstərən dünyanın nəhəng “Alibaba Group Holding” şirkəti insan sifətinin tanınması texnologiyası əsasında məhsul ödəniş sisteminin sınaqlarını başa çatdırıb.    
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, bundan sonra mal almaq istəyən alıcı öz sifətini skan edərək mobil telefon nömrəsinin son dörd rəqəmini daxil etməlidir. Mütəxəssislər tərəfindən uğurla sınaqdan keçirilən sistemi “Alipay” ödəniş servisi yoxlamağı planlaşdırır.
 
Məlumata görə, fırıldaqçılığa yol verməmək üçün sistem istifadəçidən baş tərpətməyi, göz qırpmağı və ya üz-gözü turşutmağı tələb edəcək. Bunun texnologiyaya onun qarşısında fotoşəkilin deyil, canlı insanın durmasına əmin olmağa kömək edəcəyi qeyd olunur.
         
Texnologiyanın yaxın vaxtlarda tətbiqinə başlamaq nəzərdə tutulur. 

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL