waplog

“Sony PS3” konsolunun istehsalı dayandırılıb


“Sony” şirkəti 500 qiqabayt yaddaş tutumuna malik “PS3” oyun konsolunun - qurğunun indiyədək Yaponiyada istehsal edilən yeganə modelinin tədarükünün dayandırılmasını açıqlayıb. Şirkətin bu günədək dünyada satdığı “PS3” konsolunun sayı 85 milyon təşkil edir.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, 11 noyabr 2006-cı ildə Yaponiyada satışına başlanan qurğu bir həftə sonra ABŞ bazarına çıxarılıb. Avropada isə qurğu 2007-ci ilin martında təqdim edilib. Buna səbəb kimi şirkətin istehsal gücünün eyni anda bütün bazarlar üçün yetərli olmaması qeyd olunur. Satışlar başlanan gündə oyun konsolunun 40 qiqabayt tutumlu sərt diskli qabaqcıl versiyasının qiyməti 599 dollara bərabər olub.
 
Sonradan “PS3”-ün yeni versiyaları - “Slim” və “Super Slim” təqdim edilib. 2013-cü ilin noyabrında  “PS4”-ün buraxılmasına baxmayaraq “Sony” “PS3”-ün istehsalını kiçik partiyalarla davam etdirib.
  
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL