waplog

Kibercinayətkarların pul tələb edən viruslardan qazancı 1 milyard dollar məbləğində qiymətləndirilir


İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin hazırlanması üzrə ixtisaslaşmış "Trend Micro" şirkətinin məlumatına görə, 2016-cı ilin yekununa görə, kibercinayətkarlar pul tələb edən viruslardan təxminən 1 milyard dollar qazanıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, belə zərərverici proqramlar kompüter və mobil qurğularda faylları şifrləyir, həmçinin əməliyyat sisteminin normal işləməsinə mane olur. Bəzi viruslar isə tələb olunan pul ödənilmədiyi halda faylları silir.

"Trend Micro" şirkətinin 2016-cı il üzrə qiymətləndirməsinə görə, pul tələb edən proqram sinfinin sayı 752% yüksəlib. Belə viruslardan istifadə zamanı kibercinayətkarlar tərəfindən tələb edilən məbləğ 0,5-5 bitkoin təşkil edib.

İndi pul tələb edən proqramların hücumu daha məqsədyönlü xarakter alır və əsas yayılma vasitələri kimi kütləvi göndərilmədən (79%), artıq mövcud olan sayt və ya səhifələrin virusa yoluxdurulması və ya internetdə ayrıca sayt/səhifələrin (20%) yaradılması, həmçinin eksploitlər dəstindən istifadə edilir.

2015-ci ildən etibarən pul tələb edən virusların əsas hədəfi fərdi istifadəçilər deyil, şirkətlərdir. Biznes seqmentinə hücum edən cinayətkarlar əksər hallarda şirkətin verilənlər bazasını şifrləyir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL