waplog

Süni intellektli “bulud” proqramları təqdim olunub


ABŞ-ın “Oracle” korporativ proqram təminatı istehsalçısı süni intellektə malik “Adaptive Intelligent Apps for CX” əlavələrini təqdim edib. Proqramlar elektron ticarət, marketinq, satış və servis sahəsində peşəkarlara müştəri ilə iş müddəti ərzində real vaxt rejimində keyfiyyəti artırmağa kömək məqsədi daşıyır.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “Adaptive Intelligent Apps for CX” məlumatları “Oracle Data Cloud” “bulud” platformasından alır. “Oracle” nümayəndələrinin sözlərinə görə, platforma dünyada 5 milyard fərdi şəxs və şirkətin istifadə etdiyi və gündəlik 7,5 trilyon məlumat daxiletmə sorğusunun qeydə alındığı iri qlobal informasiya meydançasıdır.

Bildirilir ki, müştəri ilə təmasda daim əlavə edilən və təkmilləşdirilən fərdi sorğular üzrə analitik tab-vərəqələr almağa imkan verən əlavələrə istehlakçılar və “B2B” biznes modeli üzrə peşəkarlar üçün hazırlanan innovativ proqramlar daxildir.

“Adaptive Intelligent Apps for CX” əlavələri “Oracle CX Cloud Suite” platforması çərçivəsində elektron ticarət, marketinq, satış, müştəri xidmətləri üçün mövcud əlavələri təkmilləşdirmək məqsədilə yaradılıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL