waplog

Yeni “ZTE V870” smartfonu təqdim olunub


Çinin “ZTE” şirkəti yeni “V870” smartfonunu nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, qurğu 1920х1080 (Full HD) təsvir ölçülü 5,5 düym diaqonallı ekranla təchiz edilib. Modelin əsasını 1,4 qiqahers takt tezlikli “Qualcomm Snapdragon 435” prosessoru təşkil edir. Operativ yaddaş tutumu 4, quraşdırılmış 64 qiqabayta bərabərdir. Smartfon 16 meqapikselli əsas və 8 meqapikselli ön kamera ilə təchiz edilib.

Məlumata görə, arxa panelində barmaq izi skanerinin quraşdırıldığı smartfon, həmçinin “LTE” modemə, “Wi-Fi”, “Bluetooth”, “NFC” və “GPS” modullarına malikdir. Akkumulyator tutumu 3000 milliamper/saat təşkil edən qurğu “MiFavor 4.0” interfeysli “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. İki SİM kartın işini dəstəkləyən yeni aparatın qabaritləri  156х76х7,8 millimetrə bərabərdir.

“ZTE V870” smartfonunun təxmini qiyməti 400 dollardır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL